Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Cəmiyyət / Pandemiya dövründə internet abunəçilərinin sayı artıb – STATİSTİKA

Pandemiya dövründə internet abunəçilərinin sayı artıb – STATİSTİKA

Azərbaycanda mobil telefon abunəçilərinin sayı azalıb.

Bakupost.az -ın apardığı təhlillərə əsasən, 2019-cu ildə ölkədə 897 229 nəfər internet abunəçisi olduğu halda, 2020-ci ildə bu say 1 159 897 nəfərə çatıb.
İnternet abunəçilərinin sayında artımın olmasına baxmayaraq, mobil telefon abunəçilərinin sayı azalıb.

2019-cu ildə Azərbaycanda 10 milyon 750,3 min nəfər mobil telefon abunəçisi olub. 2020-ci ildə isə bu say 10 milyon 344,3 minə enib. Əhalinin hər 100 nəfərinə düşən mobil telefon abunəçilərinin sayında da azalma müşahidə edilib. 2019-cu ildə əhalinin hər 100 nəfərinə 109 abunəçi, 2020-ci ildə isə 104 abunəçi düşüb.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …