Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Cəmiyyət / Palata sədri öz adına çaxır buraxdırıb – İDDİA

Palata sədri öz adına çaxır buraxdırıb – İDDİA

Fransa mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb.

Azinforum.az Haqqin.az-a istinadən xəbər verir ki, “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır.

Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d’Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir.

Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunub.

Həmçinin oxuyun

Üçüncü variant yoxdur…

Çox da varlı olmayan ailəmiz dolanışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş …

Bir cavab yazın