Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Pərviz Həşimli cərimələndi – MƏHKƏMƏ QƏRARI

Pərviz Həşimli cərimələndi – MƏHKƏMƏ QƏRARI

Nərimanov rayon Məhkəməsində Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli ilə milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında dünən baş vermiş insidentlə bağlı məhkəmə prosesi başa çatıb.
Bu haqda Gununsesi.info-ya özü məlumat verən P.Həşimlinin bildirdiyinə görə, məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilib. Məhkəmə prosesində Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təqdimatına əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olan protokolla əlaqədar P.Həşimliyə və Z.Muradova 50 AZN məbləğində cərimə cəzası kəsilib.
P.Həşimli məhkəmənin qərarı ilə razılaşmadığını və qərardan yuxarı məhkəmə instansiyasına şikayət edəcəyini bildirib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …

Bir cavab yazın