Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Pənah Hüseyn DTX-ya çağrıldı

Pənah Hüseyn DTX-ya çağrıldı

Azərbaycan Xalq Partiyasından verilən xəbərə görə, bu gün partiyanın sədri Pənah Hüseyn DTX-ya dəvət olunub. Ondan “ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır” açıqlamasına dair izahat alınıb.

Xural.com xatırladır ki, Pənah Hüseyn bir neçə gün bundan öncə Müsavat TV-də canlı efirdə “Aprel-may aylarında Azərbaycanın cənubunda və şimalında ciddi təxribatlar hazırlanır” məzmununda fikirlər səsləndirmişdi.

AXP sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …