Ana səhifə / Cəmiyyət / Pənah Hüseyn: “Bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram”

Pənah Hüseyn: “Bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram”

Sabiq millət vəkili, AXP sədri Pənah Hüseyn dövlət başçısının bu gün imzaladığı əfv sərəncamını alqışlayıb.

Müxalifət partiyasının sədri bu barədə Facebook-dakı şəxsi səhifəsində fikirlərini bölüşüb.

“Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara “həmişə azadlıqda” deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram və bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını arzu və tələb edirəm. Allah qalanlarının da və ümumiyyətlə, bütün bağlı qapıları açsın!”, – P.Hüseyn yazıb. (Musavat.com)

Həmçinin oxuyun

Deputatdan çağırış: “Məmurların biznes fəaliyyətinə imkan verilməməlidir”

“Vəsaitləri təmir-tikintiyə deyil, insan kapitalına və innovasiyalara yönəltməliyik” Prezident İlham Əliyev xalqa Novruz bayramı ilə bağlı müraciətində …