Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Cəmiyyət / Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş – Fotolar

Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş – Fotolar

Döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən və özünü mağaza satıcısı kimi təqdim edən Ermənistan vətəndaşı Aznif Baqdasaryanın əsl kimliyi üzə çıxıb.

Erməni qadının sosial şəbəkə hesabından onun əslində hərbçi-tibbi baçısı kimi xidmət etdiyi məlum olub. Onun Facebook profilindəki hərbi geyimdə olan şəkilləri belə deyir.

Qeyd edək ki, oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən Aznif Baqdasaryan zavallı qadın kimi mətbuatın qarşısına çıxmışdı.

“Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. Üç sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər zaman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər” – A.Baqdasaryan mətbuat konfransında bildirmişdi.

Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyən erməni qadın daha sonra əlavə etmişdi:

“Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Aşağıda bu hiyləgər erməninin Facebook profili təqdim olunur. Onun şəkillərinə baxmaqla əsl kimliyini ayırd etmək çətin deyil. Modern.az

https://www.facebook.com/profile.php?id=100009590421690
Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar
Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar
Özünü satıcı kimi təqdim edən erməni qadın görün kim imiş - Fotolar

Həmçinin oxuyun

Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi – FOTO

Azərbaycan Ordusu düşməni böyük məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməyə davam edir.27 il sonra ərazi …