Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / “Özünü çöldə qoyanlar Xalq artisti oldu” – Etiraz

“Özünü çöldə qoyanlar Xalq artisti oldu” – Etiraz

“2017-ci ilin aprel ayında Əblüfəs Qarayevə məktub yazdım. Həmin ilin aprelin 19-da mənə Ə.Vəliyevdən cavab gəldi ki, məsələyə baxılıb müsbət həll olunacaq. Elə bu məsələ o vaxtdan belə də qaldı. Ötən il 65 illik yubileyim keçirildi, amma susdular”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, bədii qiraətçi Ağalar Bayramov deyib. 

A.Bayramov Mədəniyyət Nazirliyinin saxtakarlığından gileylənib:

“2002-ci il dekabrın 24-də  ulu öndər Heydər Əliyev heç bir yerdə təqdimat getmədən mənə Əməkdar artist fəxri adı verdi. Mənimlə bərabər A.Bayramova, F.Ağayev, A.Kazımova bu ada layiq görüldülər. Siz təsəvvür edin ki, o müddətdən sonra buna fikir vermirdim, amma 2004-cü ildə mənim yubileyim oldu və hörmətli millət vəkilimiz Qənirə xanım Paşayeva Əbülfəs Qarayevə və Ədalət Vəliyevə müraciət etdi. Sonra millət vəkilimiz Azay Quliyev də müraciət etdi, amma ortaya bir şey çıxmadı. Fikrət Qoca şəxsən Ədalət Vəliyevə  Xalq artisti fəxri adı almağımla bağlı zəng vurdu. Ədalət müəllim isə cavabında demişdi ki, bir təqdimat yazılsın. Mən bədii qiraətçi, aktyoram, yəni şair və yazıçıların şeirlərini millətə çatdırıram. Anar müəllim 2017-ci ilin aprel ayında Əblüfəs Qarayevə məktub yazdı. Həmin ilin aprelin 19-da mənə Ə.Vəliyevdən cavab gəldi ki, məsələyə baxılıb müsbət həll olunacaq. Elə bu məsələ o vaxtdan belə də qaldı. Ötən il 65 illik yubileyim keçirildi, amma susdular. Məni yandıran odur ki, xalqın arasında tanınmayan bir neçə adamdan başqa özünü çöldə qoyanlar Xalq artisti oldu, xalqın qəlbində yuva salmış, özünü dövlətə, dövlətçiliyə, Azərbaycanın bütövlüyünə həs edən bir sənət adamı Ağalar Bayramov kənarda qaldı. Təsəvvür edin ki, saysız-hesabsız şou əhli var. Amma aktyor sənətinin bir qolu olan bədii qiraət sənətinin daşıyıcıları nə qədərdir? Ölənləri sizin üçün sayıram, Kazım Ziya, Müxbir Hüseynzadə, Mikayıl Mirzə, İlham Əsgərov və sonra gəlir Əminə Yusifqızı və mən. Bütövlükdə heç səkkiz nəfərə çatmır. 

Karantin günlərində millətin qəlbində necə yuva salmışam bunu onlar bilir. O gün biri yazmışdı ki, Mədəniyyət Nazirliyində həsblər oldu, yəqin ki, bundan sonra Ağalar müəllimin haqını verələr. Haqq yeyiləndə pis olur. B.Vahabzadə yazırdı ki, 

Gövhər də çatlayıb üzülər tamam,

almasa sərrafdan öz qiymətini”.

Vətənin dərdləri Xocalı faciəsi, 20 yanvar, işğal günləri yada düşəndə Ağalar o dəqiqə axtarılır, amma kefli günlərdə, pay paylayanda yada düşmürəm. Şəxsən mən özüm Mədəniyyət Nazirliyinə müraciət etməmişəm və niyə görə etməliyəm? O paydı, payı dilənməzlər, verərlər. Bununla bağlı iki dəfə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Elə bilirlər ki, fəxri ad alanların hansı yolla bunu almasını bilmirik. Nazir müavinin müğənniylə rəqsini sosial şəbəkədə gördünüz. Görün kimlərə vəzifə tapşırıblarmış. Dərd çox, həmdərd yox, mən necə deyim, bunu görmürlər? 

1983-cü ildən bu günə kimi radio dalğalarında, efirlərdə Azərbaycan poeziyasını təbliğ edirəm. Mənim haqqımda hörmətli millət vəkilimiz Fəttah Heydərov, rəhmətlik Vasim Məmmədəliyev, Xalq artisti Rasim Balayev Xalq qəzetində xüsusi yazıları gedib”.

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Nur içində yat, Dmitri!” – FOTO

“Azərbaycanın igid oğlu – əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən …