Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Cəmiyyət / Özündən 20 yaş böyük qadınla nikaha girən azərbaycanlını Rusiyadan qovdular

Özündən 20 yaş böyük qadınla nikaha girən azərbaycanlını Rusiyadan qovdular

Rusiyanın Bryansk vilayət prokurorluğu 23 yaşlı Azərbaycan vətəndaşının özündən 20 yaş böyük qadınla nikahının ləğv edilməsiylə bağlı çıxış edib.

Musavat.com-un nashbryansk.ru-ya istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Bryansk vilayəti Miqrasiya xidmətinə müraciət edərək oturum izni almaq istədiyini bildirib. Əsas sənəd kimi isə 1975-ci il təvəllüdlü Bryansk şəhər sakini ilə rəsmi nikahda olmasını göstərib.

Yaş fərqinin bu qədər böyük olması isə miqrasiya xidməti işçilərində şübhə oyadıb. Məsələyə şəhər prokurorluğu qarışıb. İlkin araşdırmadan sonra məlum olub ki, 23 yaşlı gənc nikaha Rusiya vətəndaşlığı olmaq üçün giribmiş.

Amma bu etiraf ona baha başa gəlib. Etdiyi əmələ görə onu Rusiyadan deportasiya ediblər.

Həmçinin oxuyun

Mehriban Əliyeva onu qonaq çağıran sakinin evinə getdi – Fotolar

Mayın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının …