Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / ÖZCAN ÜZR İSTƏDİ, BƏS ERMƏNİLƏRLƏ ƏMƏKDAŞLIQ EDƏN DİGƏRLƏRİ NƏYİ GÖZLƏYİR?

ÖZCAN ÜZR İSTƏDİ, BƏS ERMƏNİLƏRLƏ ƏMƏKDAŞLIQ EDƏN DİGƏRLƏRİ NƏYİ GÖZLƏYİR?

Dünən, sosial şəbəkələrdə, Azərbaycan və Türkiyə mediasının ən çox danışdığı mövzu, türk müğənni Özcan Dənizin efirdə erməni xalq mahnısını oxuması idi. Mahnının milli alətimiz olan “Kamança” adlandırılması türk qardaşımızın bizi kürəyimizdən vurması təəssüratını yaratdı. Ermənistanın əhalisinin sayı qədər Azərbaycan fanatı olan bir müğənninin bu addmı hər kəs tərəfindən pis qarşılandı. Azərbaycanda verdiyi konsertlər hesabına yediyi çörəyi dizinin üstünə qoyan, çəkdikləri filmlərin təqdimatında Nizami Kino Mərkəzində anşlaq yaradan Dənizin gəmiləri erməni limanında niyə lövbər saldı? Bir məqam ən azından alovlanan ocağın üzərinə su tökdü. Özcan, Azərbaycan xalqından üzr istədi və fikirlərini belə ifadə etdi:
“Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm”
Adam heç olmasa üzr istədi və bununla da gərginliyi biraz da olsa azaltdı. Bəs, azərbaycanlı bir vəkilin ermənilərlə konkret əməkdaşlığı, ermənilərə vəkillik etməsi necə, qəbahət deyil? Özcanın qanında türk qanı axdığı üçün üzr istədi. Bəs üzr istəməyənlərin qanında nə axır? Beləsinə bir söz demək olar. Kim olursan ol, dənizin duzu qədər hörmətin və qeyrətin ola gərək!

İlkin,

Azinforum.az

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …

Bir cavab yazın