Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi – RƏSMİ

Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi – RƏSMİ

Özbəkistan prezidenti İslam Kərimov 79 yaşında vəfat edib.

RİA Novosti-nin xəbərinə görə, bu barədə Özbəkistan hökümətinin rəsmi məlumatında bildirilir.

Xatırladaq ki, gün ərzində “Reuters” agentliyi üç diplomatik mənbəyə istinadən İ.Kərimovun vəfat etməsi barədə xəbər yaymışdı.

Qeyd edək ki, avqustun 28-də “fergana.ru” saytı İ. Kərimovun xəstəxana yerləşdirildiyi xəbərini verib. Eyni sayt bir gün sonra prezidentin öldüyünü bildirib. Lakin bu xəbər Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın