Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Özəl bağçaların qan donduran qiymətləri

Özəl bağçaların qan donduran qiymətləri

Bakıda dövlət bağçaları ilə yanaşı, çoxlu sayda özəl bağçalar da fəaliyyət göstərir. Dövlət bağçalarının bir çoxundan fərqli olaraq özəl bağçalar uşaqlar üçün bütün rahatlıqları təmin edir. Xidmət və keyfiyyət baxımından dövlət bağçalarını üstələyən özəl müəssisələrin qiymətləri də əl yandırır.

Azinforum.az mövzunun aktuallığını nəzərə alaraq Bakıda məşhur olan bir sıra özəl bağçalarin ödəniş haqları ilə bağlı araşdırma aparıb.

” Albalı “ Uşaq bağçasında həftənin 5 günü səhər saat 8-dən axsam axşam saat 6 – ya kimi göstərilən xidmətin dəyəri aylıq 350 manat təşkil edir. Bağçaya 2 yaşdan etibarən uşaqlar qəbul olunur.

” Dahi uşaqlar ” bağçası ilə əlaqə saxladıq.Zəngimizə həmin bağçada işləyən müəllimə cavab verdi.Və resepşin xidmətinin olmadığını bildirdi.Müəllimədən aldığımız məlumatlara görə bu bağçada aylıq ödəniş 550 manatdır.

“Baby Star” Uşaq Bağçasıda da qiymətlər 179 və 446 manat arasındadır.

“Playorena” Uşaq bağçasında aylıq ödəniş haqqı servis də daxil olmaqla 500 manatdır. Əgər servis olmasa bu qiymət 450 manat olacaq.

” Günəş “ Uşaq bağçası ilə də əlaqə saxlamağa çalışdıq.Çox təəssüfki, saat 6 olmamasına baxmayaraq zənglərimiza cavab verən olmadı.Xatırladaq ki, adı çəkilən bağça Rövnəq Abdullayevə məxsusdur.Və bir çox mənbələrdən aldığımız məlumatlara görə bağçanın aylıq qiyməti 750 – 1000 manat arasında dəyişir.

Araşdırmalarımızdan belə çıxır ki, Azərbaycanda övladını bağçaya qoymaq universitetdə oxutmaqdan qat-qat bahadır. Və nəzərə alsaq ki, Dövlət bağçalarının bir çoxunda şəraitsizlik hökm sürdüyünə görə əksər valideyinlər uşaqlarını özəl bağçalara qoymaq istəyir.Lakin buna da qan donduran qiymətlər imkan vermir.

Maraqlısı isə odur ki, Azərbaycanda orta aylıq əmək haqqı 268 manatdır. Hətta yüksək vəzifəli məmurların maaşlarına da diqqət yetirsək, onlar da övladlarını belə bahalı bağçalara qoya bilməzlər.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın