Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Cəmiyyət / Övladlarını atan qadınlar aliment niyə ödəmir?

Övladlarını atan qadınlar aliment niyə ödəmir?

“Həbs məsələsindən danışarkən qeyd etmək lazımdır ki, iki cür həbs var. Birincisi inzibati həbs, ikincisi isə Cinayət-Prosessual məcəllənin 154-cü maddəsində tənzimlənmiş cinayət tərkibli şəxslərin istintaq altında qalmasını tənzimləyən həbs qətimakan tədbiri.  İnsanlar bunları qarışdırırlar. Aliment ödəməyən şəxslərin aldığı həbs xalq tərəfindən azadlıqdan məhrumetmənin bir prototipi kimi dəyərləndirilir.  Halbuki bu azadlıqdan məhrumetmə deyil. Ümumiyyətlə qeyd etməliyik ki, inzibati həbs, həbs qətimkan tədbiri və azadlıqdan məhrumetmə cəzaları tamamilə fərqli anlayışlar və fərqli terminlərdir. Aliment ödəməyən şəxslərin üzləşdiyi həbs dedikdə, burada söhbət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənzimlənmiş inzibati həbsdən gedir. Bu həbs növünün isə yayılan xəbərlərdə qeyd edildiyi kimi günlük xərci 19 manat deyil. Bu ödəniş azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərə sərf edilən məbləğdir. Hətta indi bu məbləğ bir az da artıb. Bu ödənişin həmin şəxslərə ayrılmasında əsas məqam isə ondan ibarətdir ki, dövlət zəif vətəndaşını qorumalıdır”.

Bunu Pravda.az-a açıqlamasında hüquqşünas Faiq Nağıyev deyib.

“Bunu bildirmək lazımdır ki, 528.1-ci maddə hakimlərimiz tərəfindən adətən yalnış dərk edilir. Burada icraçının qanuni tələblərinə borclu tərəfindən riayət olunmaması qeyd olunmaqla yanaşı ikinci bir hissəsi də var. İkinci hissənin özlüyündə isə iki cür qətnamə var: Biri əda edən, məsələn, mənim bir şəxsdən alacağım 500 manat var və o pul həmin şəxsdən tutulub mənə verilməlidir. Bu pul tələbinin icrası ilə bağlı qətnamədir. Digəri isə odur ki, məsələn, bir şəxs mənim evimə girib və həmin şəxsi məhkəməyə verərək bildirirəm ki, o şəxs evimdən çıxsın. Məhkəmə də həmin şəxs evimdən çıxsın deyə bir qətnamə qəbul edir. Həmin şəxs evimdən çıxsın, əgər çıxmırsa icraçı onun barəsində protokol tərtib edir və müvafiq məhkəməyə istiqamətləndir. Məhkəmə isə icraçının qanuni tələblərindən və qətnamədə hər hansı bir hərəkətin edilməsi ilə bağlı qeyd edilmiş hissəni icra etmədiyinə görə borclunu həmin maddə ilə, yəni inzibati xəta yarandığı halda cərimə, yaxud da inzibati həbs edə bilər. Bu da hər hansı hərəkətin edilməsi ilə bağlı olan qətnamədir.  528-ci maddə bunları tənzimləyir. Aliment tələblərinə münasibətdə isə bunların tətbiq olunması yalnışdır, çünki burada nə zərər var, nə də hər hansı bir hərəkətin edilməsi. Orada, sadəcə, aliment öhdəliyini icra etməli olduğu valideyinin hər hansı qanunsuz hərəkəti var. O, adamın sadəcə pulu yoxdur deyə ödəniş edə bilmir…” – vəkil qeyd edib.

Faiq Nağıyevin qadınların aliment ödəməsi məsələsinə gəlincə isə bildirib ki, gender bərabərliyi məsələsi aktualdır: “Onu da vurğulamalıyım ki, bu gün iş qadınlarının sayı çoxalır. Sadəcə, mentalitetimiz, dinimizdə belə bir sistem formalaşıb ki, kişi işləyəməlidir, qadın da yeməlidir. Ancaq indi çalışan qadınlarln sayı çoxalıb. Ola bilər ki, qadın uşağını atdı getdi və uşaq atada qaldı. Atanın hüququ var ki, işləyən eləcə də işləməyən qadına münasibətdə məhkəməyə müraciət etsin. Ailə Məcəlləsində qeyd olunur ki, uşaqların saxlanılmasında ata və ananın hər ikisinin payları bərabərdir. Yəni burada anaya müraciət oluna bilər. Ana qətnamə ilə aliment ödəməyə məcbur edilə bilər. Ümumiyyətlə, bu məsələ ölkəmizdə problemli məsələdir. İndi hətta gündəmdə var ki, bununla bağlı aliment fondu yaradılsın…”

Həmçinin oxuyun

Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib. Azinforum.az-ın məlumatına görə, S.N. ilə həyat yoldaşı R.N. arasında …