Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Cəmiyyət / Ötən il yol qaydalarını pozanlara neçə milyon cərimə yazılıb?

Ötən il yol qaydalarını pozanlara neçə milyon cərimə yazılıb?

2018-ci il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3409,7 min olub.

Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Həmçinin oxuyun

“Məktəblərdə qiymətləndirmə şəffaf aparılmır” – RƏY

“Keyfiyyətli təhsilin ən mühüm meyarlarından biri də təhsil alanın bilik və bacarığının obyektiv və ədalətli …