Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Ötən il Azərbaycanın səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb – RƏSMİ

Ötən il Azərbaycanın səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb – RƏSMİ

“Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.
Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) tərəfindən verilənlərdir.
Sektor müdiri əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.
Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan saxta diplomların 10 faizi xarici ölkələrdə oxuyub geri qayıdan şəxslərə aiddir.

Həmçinin oxuyun

Mələkxanım Əyyubovanın polkovnik əri işdən çıxarıldı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Unikal.org xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik …