Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Ötən il 658 məhkum cəza çəkməkdən azad olunub

Ötən il 658 məhkum cəza çəkməkdən azad olunub

2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ötən il də davam etdirilib. Qanunun icrası ilə əlaqədar 658 məhkum cəza çəkməkdən azad olunub, 2591 məhkumun cəza müddəti azaldılıb.

Bunu Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov 2019-cu ilin yekunlarına dair hesabatla çıxış edərkən deyib. Onun sözlərinə görə, həmçinin 452 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.

“Prezident İlham Əliyevin 2019-cu il 16 mart tarixli əfv Sərəncamı vaxtında və dürüst icra edilib, 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib”.

Həmçinin oxuyun

Torpaqlarımızın 7-8%-i tam azad olunub

“İndiyə kimi işğal altında olan torpaqlarımızın təxminən 7-8%-i tam azad olunub”. Bu barədə Modern.az-a iqtisadçı Natiq …