Ana səhifə / Cəmiyyət / Osman Gündüz: “Prezidentin fərmanları icra olunmur”

Osman Gündüz: “Prezidentin fərmanları icra olunmur”

“Azərbaycanda idarəetmə sahəsində çox pis bir ənənə formalaşmaqdadır. Prezident aktual, strateji əhəmiyyət kəsb edən vacib məsələ ilə bağlı ciddi bir fərman imzalayır. Aidiyyatı qurumlara konkret müddət göstərməklə tapşırıqlar verilir. Vəssalam, bundan sonra sanki quyuya daş atılır. Tapşırıqlar nəinki həmin müddət, hətta uzun müddət, uzun illər icra olunmur”.

Bu fikirləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz səsləndirib.

O xatırladıb ki, ötən ilin bu günü Prezident “Rəqəmsal Azərbaycan” konsepsiyasının hazırlanması ilə bağlı fərman verib.

“Bu fərmana görə, Nazirlər Kabineti 4 ay ərzində Konsepsiyanı hazırlayıb Prezidentə təqdim etməliydi. Bu gün fərmanın bir ili tamam oldu. Hələ də Konsepsiyadan xəbər yoxdur.

Rabitə, İnformasiya və Nəqliyyat Nazirliyi (RİNN) rəsmiləri çıxışlarında Konsepsiyanın çoxdan hazırlandığını və aidiyyatı qurumların razılaşdırmasına verildiyini bildiriblər. Belə çıxır ki, bu cür strateji bir sənəd hansısa bir mərkəzi orqanda ilişib qalıb, güman ki, heç gedib Nazirlər Kabinetinə də çatmayıb”.

Osman Gündüz daha bir nümunə göstərərək qeyd edib ki, ötən ilin bu ayı Prezident daha bir vacib məsələ ilə bağlı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar tapşırıq verib və bir il tamam olmasına baxmayaraq, ortalıqda heç nə yoxdur.

“Maraqlıdır ki, ölkədə “Ağıllı şəhər” və “Ağıllı kənd” quruculuğu istiqamətində ciddi işlər də aparılır. Bu gün-sabah güman ki, Prezident Qarabağda layihələndirilən “Ağıllı şəhər”in açılışını da edəcək. Amma qəribədir ki, konsepsiya ortada yoxdur”.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …