Çərşənbə , Mart 22 2023
Ana səhifə / Cəmiyyət / Orxan Əsgərovun bibisi: “Cənazənin gətirilməsi İrandan asılıdır”

Orxan Əsgərovun bibisi: “Cənazənin gətirilməsi İrandan asılıdır”

“Orxanın cənazəsini gözləyirik. Bütün gecəni gözləmişik. Hələ gətirilməyib. Bizə verilən məlumata görə, Orxanın cənazəsinin göndərilməsi İran tərəfindən asılıdır. Belə bilirəm, cənazə axşam reysi ilə göndəriləcək. Çox güman ki, dəfn də sabah olacaq”.

Bu məlumatı “Bizim.media”ya İranda həlak olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərovun bibisi İlhamə Əsgərova deyib.

İlhamə Əsgərova Orxanın həyat yoldaşı Aynurun sağlamlıq vəziyyətinin yenə qeyri-stabil olduğunu da bildirib. Qeyd edib ki, bu gün də ona təcili tibbi yardım çağırılıb.

Həmçinin oxuyun

“Evdə nəvələrimə tapşırmışam ki, Allahşükür babanızdan heç nə istəməyin”

Sabiq deputat Qalib Salahzadənin bu il növbəti dəfə Həcc ziyarətinə getməsi ilə bağlı verdiyi açıqlama …