Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Ordumuzun ən yaxşı tabor komandirləri – FOTOLAR

Ordumuzun ən yaxşı tabor komandirləri – FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışlar çərçivəsində nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərfindən “Qaraheybət” Təlim Mərkəzində “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları da qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək müəyyən edilmiş qaliblər mükafatlandırlmaları üçün yuxarı komandanlığa təqdim ediləcək.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …