Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Cəmiyyət / Ordubada yeni təyin edilən icra başçısı KİMDİR?

Ordubada yeni təyin edilən icra başçısı KİMDİR?

Xəbər verdiyimiz kimi Ordubada yeni icra başçısı təyin edilib. Belə ki,  
Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rəcəb Zakir oğlu Rəhimli siyasi elmlər üzrə fəlsəfə doktorudur. Bu təyinatdan əvvəl o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.

Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə “Dövlət idarəçiliyi” ixtisasını bitirib.

R.Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.

O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb.

Həmçinin oxuyun

Vardanyanı saxlayan hərbçi Elçin Quliyevin oğludur – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən …