Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / Online mediyaya dövlət yardımı artırılacaq? – Açıqlama

Online mediyaya dövlət yardımı artırılacaq? – Açıqlama

Artıq hər sahədə olduğu kimi jurnalistika da dövrün tələblərinə uyğun fəaliyyətini genişləndirir. Bir zamanlar yalnız ənənəvi (qəzet) mətbuat insanların həyatında önəmli yer tuturdusa indiki dövrdə öz yerini online (saytlar) mediaya verib. Dövlət tərəfindən zaman-zaman yazılı mətbuata yardım edilir. Ancaq son zamanlar jurnalistikanın inkişafı üçün online mediaya da dövlət tərəfindən yardımın vacibliyi vurğulanır.

Məsələ ilə Modern.az-a açıqlama verən Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mən bu məsələni bir neçə dəfə gündəmə gətirmişəm.

“Medianın indiki zamanında online media istər məlumatların toplanmasında, yayılmasında, ictimai fikrin formalaşmasında daha çox rol oynayır. Ona görə də mən düşünürəm ki, necə ki yazılı mətbuata (qəzetlərə) dövlət dəstəyi verilir, eyni zamanda ictimai fikrə təsir edən xəbər portallarına da yardım etmək günün tələbidir. Bununla bağlı bir neçə dəfə parlamentdə çıxış etmişəm ki, məsələ öz həllini tapsın”.

Ayrılacaq məbləğin bölgüsü ilə sualları cavablayan deputatın sözlərinə görə, bu barədə indidən danışmaq biraz tez olar, əvvəlcə məbləğ əldə olunmalıdır.

“Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) tərəfindən yazılı mətbuata yardım edilir. Belə düşünürük ki, online mediaya da dəstək üçün bu mediaya KİVDF-nun büdcəsini artırmaq lazım olacaq. Hələlik məsələlər müzakirə olunur. Mənim fikrimcə nə qədər ki, yazılı mətbuat kimi online media reklamla bağlı problemlərini həll edə bilməyib, reklam gəlirləri hələ kifayət qədər deyil ona görə də o müddətə qədər dövlətin online mediaya da yardım etməsi jurnalistikanın inkişafına gətirib çıxara bilər”.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın