Bazar ertəsi , May 23 2022
Ana səhifə / Cəmiyyət / Onlayn qaydada verilən nəzirlərə necə nəzarət ediləcək? – VİDEO

Onlayn qaydada verilən nəzirlərə necə nəzarət ediləcək? – VİDEO

‘Nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələr gedirdi. İanələrin onlayn qaydada verilməsi təklifi özündə şəffaflığı ehtiva edir”.

Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirib.

Millət vəkili bildirib ki, ölkəmizdə hazırda ”Yaşat” Fondunun nümunəsi var və bənzər sistem qurmaqla hesabatlılığı təmin etmək mümkün olar. Ceyhun Məmmədov bir sıra ölkələrin təcrübələrinə də diqqət çəkib.

”Bu zaman vətəndaşlar icmalara heç bir şübhə etmədən ianə edə biləcəklər”,- deyə millət vəkili vurğulayıb.

İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, ianələrin hansı üsulla ödənilməsinin dini cəhətdən heç bir fərqi yoxdur. Əsas olan niyyətdir.

Qeyd edək ki, təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər.

Həmçinin oxuyun

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din …