Ana səhifə / Cəmiyyət / Onlarla insanın zərər gördüyü qəzanın günahkarları ələ keçdi – RƏSMİ

Onlarla insanın zərər gördüyü qəzanın günahkarları ələ keçdi – RƏSMİ

Paytaxtın Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu birgə məlumat yayıb.

Aprelin 27-də Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daevoo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 29 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Oğlu Ağakərim haqda: “Həkimlərin edə biləcəyi heç nə yoxdur”

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var. Meyxanaçının oğlu …