Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / “Onların dərisini xalqın qarşısında soymaq lazımdır”

“Onların dərisini xalqın qarşısında soymaq lazımdır”

“Üzümü tutub efirdən insanlara müraciət edirəm. Yazırlar ki, filankəs kiminsə qızına sataşdı və yaxud başqa məsələlər…Cinayətkarı nəinki həbs etmək, dərisini xalqın qarşısında soymaq lazımdır”.  

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova “Bizimləsən” proqramına qonaq olarkən qeyd edib. Məşhur aktrisa son zamanlar cinayətlərin artması ilə bağlı açıqlama verib:

“İnsanlar bu qədər cəlladlaşıb? Qadın öz ərini, atası övladını bıçaqlayır və s. Elə rahat danışırlar ki… İnsan toyuğun başını kəsəndə baxmaq istəmir, üzünü çevirir. Necə ola bilər ki, insan insanı öldürür, ata balanı, bala atanı döyür, cavan uşaqlara sataşırlar. Həmin şəxsləri öldürmək lazımdır. Onların üstündən elə-belə keçmək lazım deyil. Onsuz da o biri dünyada cəzalarını çəkəcəklər”.

 

 

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından Reportaj (FOTO/VİDEO)

İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları …