Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / “Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq” – İcra başçısı

“Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq” – İcra başçısı

“Çox sevindirici haldır ki, “Qarabağ” ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur”.

Bunu “Report”a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısıVaqif Həsənov deyib.

V.Həsənov “Qarabağ”ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

“Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki “imarət” stadionunda oynayacağıq. O gün olsun, “Qarabağ” doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın”.

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …