Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / “Onkoloji diaqnozları ciddiyə almayın” – Deputat

“Onkoloji diaqnozları ciddiyə almayın” – Deputat

Millət vəkili Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib.

Minval.info xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan F. Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib.

“Uzaq qohumlardan bir xanım var. Bəlkə də 15 ildir, Bakıda onkoloji xəstəlik diaqnozu quyublar və hər il bədəninə kimyəvi maddə yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb” – F.Mustafa bildirib.

Deputata qeyd edib ki, sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb: İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və kefi xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar, Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!”

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …