Cümə , Aprel 23 2021
Ana səhifə / Cəmiyyət / Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım”

Ön cəbhəyə yollanan bərbər: “300-ə yaxın əsgərimizin saçını qırxdım”

“Qəhrəman qardaşlarımız, əsgərlərimiz 44 gündür ön cəbhədə döyüşürlər. Oradakı şəraiti nəzərə aldım, düşündüm ki, saç-saqqalları uzanıb. Niyə də əlimdən gələni etməyim?”

Bu sözləri Oxu.Az-a açıqlamasında son günlər ön cəbhəyə əsgərlərin saç-saqqalını qırxmaq üçün yollanan bərbər Qurban Bayramov deyib.

O bildirib ki, bu təşəbbüsə digər həmkarlarının da qoşulmasını gözləyir:

“Hərbçi dostumuz da ön cəbhədədir. Hərdən fürsət olduqca əlaqə saxlayırdıq. Söhbət əsnasında bildik ki, əsgərlərin bərbərə ehtiyacı var. 44 gündür saç-saqqallarını səliqəyə salmağa vaxtları olmayıb.

Əlimizdən gələni əsirgəməməli idik. Dostumla danışanda dedim ki, mən gəlib oardakı əsgərlərin saç-saqqalını səliqəyə salaram. Biz ilk olaraq Suqovuşana getdik. Oradan da digər istiqamətlərə”.

Şuşa uğrunda döyüşlər gedən ərəfədə ön cəbhəyə yollanan Q.Bayramov deyir ki, təxminən 300 nəfərə yaxın əsgərin saç-saqqalını qırxıb:

“Ayın 4-ü, yaxud 5-i olardı. Səhər saatlarında çıxdıq ki, vaxtında çataq. Biz orada olanda da dayanmaq bilmirdilər. Atəş səslərini eşidirdik. Əlimizdən gələn köməklik bu idi, bunu da imkan daxilində etməyə çalışdıq. Heç vaxt ağlıma gəlməzdi ki, güllə yağışının altında bərbərlik edərəm. Qürurverici idi. Allah bütün əsgərlərimizi qorusun”.

Q.Bayramovla birlikdə onun qayını da ön cəbhədə döyüşmüş əsgərlərin xidmətində dayanıb.

Həmçinin oxuyun

“Şöhrət” ordenli, “Qızıl qələm”li Mirələmovun bütün mükafatları – SİYAHI

Sabiq deputat Hüseynbala Mirələmovun hansı mükafatlarının olduğu məlum olub. Həmin siyahını təqdim edirik: 1) “Qırmızı …