Ana səhifə / Cəmiyyət / “Ömrümün sonuna bir il qalıb” – Xalq artisti

“Ömrümün sonuna bir il qalıb” – Xalq artisti

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov Lent.az-a maraqlı açıqlama verib.

“Nəslimiz uzunömürlüdür. Yaşımdan gənc və qıvraq görünməyimin səbəbi budur. Amma, deyəsən, ömrün sonuna 1 il qalıb”, – o bildirib.

“İllər öncə Almaniyada filmə çəkilərkən bir macar xanım əl falıma baxıb dedi ki, 86 il yaşayacaqsan. 40 yaşımın içində idim onda.

Bu sözü mənə bir dəfə də Özbəkistanda deyiblər. Filmə çəkilirdim orada, Səmərqənd küçələrində idi çəkiliş. Fasilədə şəhərə çıxmışdım. Bir qaraçı xanım yaxınlaşıb falıma baxdı, o da eynilə o macar xanımın dediyini təkrar elədi, dedi 86 yaş yaşayacaqsan.

İndi 85 yaşım var. Özümü çox gümrah, sağlam hiss edirəm. Amma bu söz də heç yadımdan çıxmır”, – o əlavə edib. 

Həmçinin oxuyun

“Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur” – Cavanşir Quliyev

“Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur”. Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar …