İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva “Baku TV”də “Üzbəüz” verilişinin qonağı olub.
Belə ki, verilişdə Ombudsman aparatında Şəhid ailələri və müharibə veteranlarının hüquqlarının, uşaq hüquqlarının müdafiəsi, istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə baş çəkə bilən Milli Preventiv qrup barədə eksklüziv açıqlamalar verilib.
Ombudsman müsahibə zamanı razı qaldığı bir neçə dövlət qurumlarının adını da çəkib.
