Bazar , Yanvar 17 2021
Ana səhifə / Cəmiyyət / Ombudsman Aparatı: “Səbinə Əliyeva fəaliyyətini davam etdirir”

Ombudsman Aparatı: “Səbinə Əliyeva fəaliyyətini davam etdirir”

Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə Ombudsman Aparatından bildirilib.

“Nəzərinizə çatdırmaq istərdik ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş sələhiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir. Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.

Həmçinin oxuyun

Siyavuş Aslanın oğlu: “Qızımı məndən gizlədirlər” (VİDEO)

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz “Elgizlə izlə” proqramına gəlib. O, küçədə qaldığını söyləyib.Çingiz …