Bazar , Oktyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb

Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb

Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Bu barədə bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən Azərbaycan və ingilis dillərində yeni kitab nəşr edilib. Kitabda ilk dəfə olaraq Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib. Turistlər üçün yol göstəricisi sayılan və ərazi haqqında əvvəlcədən məlumatlanmaq imkanı yaradan kitabda ekoturizm marşrutlarının məsafəsi, marşrut üzərindəki xidmət məntəqələri və yaxınlıqdakı müxtəlif obyektlər barədə məlumat verilib. Sputnik

Həmçinin oxuyun

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.“RİA …