Cümə , Oktyabr 7 2022
Ana səhifə / Cəmiyyət / “Ölkəmizdə yaxında uğurlu təhsil naziri olmayacaq” – Əkrəm Həsənov

“Ölkəmizdə yaxında uğurlu təhsil naziri olmayacaq” – Əkrəm Həsənov

“Yuxarılarda qohumluq əlaqələri olmayan (heç rusdilli də deyil) yeganə yüksək vəzifəli məmurumuz (təhsil naziri) var, onu da gözümçıxdıya salmışıq! Birdəfəlik başa düşün ki, ölkəmizdə yaxında uğurlu təhsil naziri olmayacaq (ən yaxşısı elə Misir Mərdanov idi). Bəlkə elə ona görə də bu vəzifə kimsəsizə qismət olub. Qohumluq əlaqələri olanlar ora getmək istəmir”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

“Gedənlər də qısa zamanda oradan transfer olunur. Əvvəlki ümumiyyətlə ən rahat yerə (XİN-ə) getdi: orada heç nə etməmək olar (xarici gəzməkdən başqa), onsuz  da hər şeyi Prezident və Administrasiyası edir…” – Ə.Həsənov qeyd edib.

Həmçinin oxuyun

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir. Bunu AYB sədri, Xalq yazıçısı Anar …