Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Ölkə üzrə ən aşağı kredit faizi Naxçıvandadır

Ölkə üzrə ən aşağı kredit faizi Naxçıvandadır

Azərbaycanda ən aşağı kredit faiz dərəcəsi Naxçıvandadır.

Azinforum.az-ın məlumatına görə, real sektorun inkişaf etdirilməsi məqsədilə maliyyələşdirmə mexanizmini uğurla həyata keçirən muxtar respublikanın bank sektoru təklif olunan kreditlərə ən aşağı faiz dərəcəsini tətbiq etməklə ölkənin digər regionlarını geridə qoyub.

Bu ilin ötən dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 9 faiz təşkil edib. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında verilmiş kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Belə ki, Aran iqtisadi rayonunda bu göstərici 22,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 21,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 21,6 faiz, Lənkəran iqtisadi rayonunda 21,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 19,2 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19,1 faiz, Yuxarı Qarabağ iqtisadi rayonunda 17,4 faiz, Abşeron iqtisadi rayonunda 15,9 faiz, Bakı şəhərində 9,1 faiz təşkil edib.

Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi isə 2017-ci ilin 1 aprel tarixinə 10,6 faiz olub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın