Çərşənbə , Mart 27 2019
Ana səhifə / Cəmiyyət / “Ölkə başçısının bildiyi şeyi hər dəfə ona deməyə nə ehtiyac var?”

“Ölkə başçısının bildiyi şeyi hər dəfə ona deməyə nə ehtiyac var?”

Millət vəkili Fazil Mustafa ölkə başçısının mədəniyyət xadimləri ilə görüşündən danışarkən deyib ki, kitablardan, çap məhsullarından, mətbəə avadanlıqlarından əlavə dəyər vergisinin götürülməsi ilə bağlı ötən ay Milli Məclisdə qaldırdığım məsələ ölkə başçısıyla görüşdə də qaldırılmalıydı.

Millət vəkilinin fikirlərinə münasibət öyrənmək üçün Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocayla əlaqə saxladıq. 
F.Qoca Moderator.az -a açıqlamasında deputatın fikirləri ilə razılaşmadığını, kitabla bağlı məsələlərin qaldırıldığını bildirdi:
“Bu məsələlərin hamısı ölkə başçısıyla görüşdə qaldırılıb. Bunlar deyilənlərə necə qulaq asıblar bilmirəm. Anar müəllim çıxışında dedi ki, biz elə bir fond bərpa edə bilərik ki, kitab çapı, satışı və digər məsələlər beləliklə həll oluna bilər. Kitab satışından əlavə dəyər vergisinin götürülməsindən də danışıldı. Bu təcrübələr xarici ölkələrdə var. Ölkə başçısı bu məsələlərin hamısını bilir və onun bildiyi şeyi hər dəfə ona deməyə nə ehtiyac var? Belə şeyləri orada özünü göstərməklə təkrar etmək artıqdır”. 

Həmçinin oxuyun

141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Ötən ay 141 Azərbaycan vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin …