Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ölən jurnalisti əməliyyat edən professor istintaqa cəlb edildi

Ölən jurnalisti əməliyyat edən professor istintaqa cəlb edildi

Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə ölən jurnalist Rasim Əliyevin əməliyyatını professor Saday Əliyev həyata keçirib.

Bu barədə “Report”a Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov məlumat verib.

Jurnalistin əməliyyatında iştirak edən həkim heyəti, o cümlədən professor Saday Əliyev istintaqa cəlb olunub. Belə ki, Bakı Şəhər Prokurorluğunun müstəntiqi həkim heyətindən izahat alıb.

Professor Saday Əliyev müstəntiq tərəfindən dindirildiyini təsdiqləyib.

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbayel rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın