Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / “Oksana gözəl, Xatun isə yeməli armuddur” – Dietoloq tanınmışlara qiymət verdi

“Oksana gözəl, Xatun isə yeməli armuddur” – Dietoloq tanınmışlara qiymət verdi

Tanınmış simalar iş və şəxsi həyatları ilə daim gündəmdədir. Onların həyatında yaşanan hər şey sevənləri üçün maraqlıdır. Hətta tanınmışları özünə kumir seçən pərəstişkarlar da az deyil. Onların xarici görünüşündən, geyim və kilosundan tutmuş xasiyyətinə qədər nümunə götürənlərin olduğu heç kimə sirr deyil.

Kilo demişkən, xarici ulduzlardan fərqli olaraq yerli məşhurlar kilolarına az diqqət edirlər. Onların sırasında Aybəniz Haşımova, Zülfiyyə Xanbabayeva, Elza Seyidcahan, Şəbnəm Tovuzlu, Elnarə Xəlilova, Damla, aktrisa Tünzalə Əliyeva və başqaları var. Artıq çəki ilə başı dərddə olan xalq artisti Aygün Kazımova isə  illərdir ki, arıq qalmaq üçün mübarizə aparır, saysız əməliyyatlar etdirib.

Zaman keçdikcə xarici görünüşündə böyük dəyişikliklər edənlər də var. Əməkdar artist Dilarə Əliyeva , Natavan Həbibi, Emma Ələkbərzadə qısa müddətdə arıqlamaları və tamamilə dəyişmələri ilə hər kəsi təəccübləndirib.

Bəs, yerli məşhurlar arıqlamaq üçün nələr etməlidirlər? Onlar tez-tez diyetoloqa müraciət edirlər?

Musavat.com olaraq məşhurların kilo problemlərini dietoloq Leyla Zülfüqarova ilə müzakirə etdik. O, saytımıza açıqlamasında müğənniləri bir neçə qrupa böldü: “Mən o vaxt “Səhnəmizin almaları, armudları” adlı məqalə yazmışdım. Diyetologiyada “Almalar və armudlar” termini var. Almalar bədən forması bərbad , armudlar isə gözəl olanlardır. Səhnəmizin armudları Aygün Kazımova, Brilliant Dadaşova, Elnarə Xəlilova, Rahidə Baxışovadır, Natavan, Xatun, Afaq Gəncəli, Oksana Rəsulova, aparıcı Xədicə Sənanqızı, Vüsalə Əlizadədir. Rəqqasə Oksana ən gözəl, Xatun isə yeməli armuddur. Almalar isə Mətanət Əliverdiyeva, Tünzalə Əliyevadır. Sevda Ələkbərzadə nə alma, nə armuddur. Emma isə arıqlayıb, armud oldu.

Arıq bədənə sahib bəzi tanınmışlar bununla öyünürlər. Amma onlar xüsusi bir şey etmirlər, quruluşları elədir. Bu siyahıya Röya, Xoşqədəm, Afaq Gəncəli aiddir. Röya, Faiq  aktomorfidir, yağ alma əngəllidir. Afaq ilə Xoşqədəm isə qum saatı tiplidir, onlar kökəlmə əngəllidir. Bir də endomorfi tipli insanlar var ki, kökəlməyə meyllidir, arıq qalmaq üçün mübarizə aparırlar. Aygün Kazımova, Brilliant Dadaşova, Elnarə Xəlilova, Natavan Həbibi arıq qalmaq üçün çalışırlar. Aktrisalarımızdan Sənubər İsgəndərli, Mehriban Xanlarova, Mehriban Zəki, Çimnaz Sultanov, Zümrüd Qasımova mənim pasiyentim olublar.

Onlar obrazları üçün arıqlayıb, kökəlirlər. Aktrisanın kilo alması faciə deyil, çünki bunu  bəzən rolları tələb edir. Mən, əsasən müğənnilərimizi qınayıram. Onlar bəhanə edirlər ki, iş saatlarına görə gecə yeməli olurlar və kökəlirlər. Aktrisalar daha diqqətlidir. Toy müğənniləri özlərini bəyəndirdiklərini düşünüb, kilolu gəzirlər.  Səhnə üçün səhnə fədaisi olmaq lazımdır, onlar da aktrisalardır. Şəxsiyyətindən asılı olmayaraq tanınmışlar kiminsə kumirinə çevrilir. Çünki onlar gündəmdədir. Yaş göstəricisindən asılı olmayaraq belim incə olsun, qarnım olmasın deyən xalq artistlərimiz var. Əlbəttə, yanıma gəlib, yarımçıq qoyanlar da az deyil. Onlar şişman gəzirlər. Yeməkdən asılı olmayaraq, hormonal pozuntulara görə kökələn insanlarda var ki, onları qınamıram. “Toppuş bacı” kimi tanıdığımız Tünzalə xanım hormonal problem yaşayırdı, arıqlaya bilmirdi. Ona görə də mədəsini çıxartdırdı.

Emma Ələkbərzadəni isə alqışlayıram. O, sağlam qidalanaraq arıqladı. Endomorfini arıqlatmaq çətindir, biz bunu Murad Ariflə bacardıq. İkinci endomorfimiz Bəhram Bağırzadədir. O, arıqlamaq istədi, yarımçıq qaldı. Onunku nevroza bağlıdır, əlinə nə keçir yeyir. Həyat tərzinin  kiloya çox təsiri var”.

Maqazin yazarı Pərviz Hüseyn isə tanınmışların xarici görünüşünü belə şərh etdi: “Mən insanların xarici görüntüsünə bir şey deyə bilmərəm. Kimə necə xoşdur, o formada da yaşayır. Buna görə onları qınamaq olmaz. Burada qınanılacaq yeganə tərəf artıq kilolarının olmasını bilə-bilə həmin məşhurların qabarıq geyimlərə müraciət etməsi, artıq kilolarını insanların gözünə soxmalarıdır. Yəni, insan çəkisinə görə geyinər, əgər halından razıdırsa, insanlardan pis rəylər eşitməmək üçün normal geyimlər seçməlidir”.

Həmçinin oxuyun

“Bir nəfər də qalsaq, o bayraq sancılmalı idi” – XTQ giziri (VİDEO)

10 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Rauf Qasımov İkinci Qarabağ savaşı ilə bərabər, …