Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Oğuz rayon Prokurorluğundan şikayət: “Anamı yandıranlar ortalıqda elə gəzirlər ki…”

Oğuz rayon Prokurorluğundan şikayət: “Anamı yandıranlar ortalıqda elə gəzirlər ki…”

Oğuz rayonu, Xaçmaz kənd sakini Aytac Hüseynovanın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovaya,Azərbaycan Respublikasının Baş Prokuroru  Zakir Qaralova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseyinovaya ünvanladığı şikayət məktubunun bir nüsxəsi də Azinforum.az saytına göndərilib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Məlumat verərək bildirirəm ki, mən Hüseyinova Aytac Valeh qızı 16 sentyabr 2000-ci ildə Oğuz rayonunun Sincan kəndində doğulmuşam. Atam və anam işsiz sadə kənd sakinləri idilər. Uşaq yaşlarımdan ağır xəstəliyə düçar oldum. Yazıq anam, Aynur Hüseyinova məni gəzdirmədiyi xəstəxana qalmadı. Qohumlarımızın göstərdiyi köməklik hesabına anam məni min-bir əziyyətlə sağaltı və böyütdü. İndi böyümüşəm, 15 yaşım tamam oldu. Lakin 16 yaşıma anasız keçdim. Anam xəstə deyildi, canı sağlam və çox iradəli bir qadın idi. Lakin bu ilin avqust ayının 19-da, anamın üstünə benzin töküb yandırdılar. Bu hadisəni törədənlər heç də hansısa cinayətkar dəstələr və ya terror təşkilatları deyildi. Hadisəni, mənim atamın digər arvadı Rübabə adlı qadın və onun oğlu Məhəmməd törətmişdilər. Anamı əvvəlcə döymüşlər, sonra da qəfildən üstünə benzin töküb yandırmışlar. Yazıq anam, onsuz da bir gün görməmişdi. Bir tərəfdən yoxsulluq və bir tərəfdən də mənim xəstə olmağım anamı için- için yandırırdı. Ailə münaqişəsi zəminində isə, anamı büs bütün yandırdılar. Təsəvvür edin, anam alov içində qıvrılır və heç kim ona köməklik göstərmir. Çün ki, anamı ona kömək göstərməli olan adamların özləri yandırmışdılar. Anamı ağır bədən xəsarəti ilə saatlarla saxladıqdan sonra mənim xalama və dayıma məlumat veriblər. Yalnız bundan sonra həkim çağırılıb və xalamla dayım anamı əvvəlcə Oğuz rayon xəstəxanasına, oradan Şəki rayon xəstəxanasına və oradan isə Bakı şəhərinə apararaq ixtisaslaşmış yanıq xəstəxanasına yerləşdiriblər. Anam həmin xəstəxanada 9 gün ağır vəziyyətdə qalmasına baxmayaraq, prokurorluqdan və polisdən bir nəfər adam gəlib anamı danışa bilirkən danışdırmadılar.
Anam yolda və Bakıdakı xəstəxanada özünə gələrkən, xalama və dayıma necə yandırıldığını danışıb. Anam deyib ki, Rübabə adlı qadın hər gün anamı söyür, alçaldır və hətda döyürmüş. Məqsədidə bu imiş ki, anam o evdən çıxsın. Çox təssüflənirəm ki, atam bu hadisələrə göz yumub və hətda imkan düşdükcə anamı o da döyürmüş. Sonuncu dəfə hadisə baş verən gün, Rübabə adlı qadın öz oğlu ilə birləşərək anamın saçından tutub sürümüş və evdən bayıra atmışlar. Anam onların əllərindən çıxıb evin arxasına tərəf qaçıb və atamı köməyə çağırıb. Bir neçə dəqiqə həyətdə ağlayaraq evə girib əşyalarını götürüb bir dəfəlik getmək istədikdə isə, Rübabə adlı qadın anamın üzünə benzin atıb və oğlu “zajiqalka” ilə anamı yandırıb.
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Cənab baş Prokuror,
Hörmətli Elmira xanım,
Hörmətli Hicran xanım,
Yuxarıda qeyd etdiyim kimi, artıq mən 16 yaşıma keçmişəm. Hazırda xalamın və dayımın himayəsində yaşayıram. Anamı faciəli şəkildə əlimdən aldılar. Kimsəsizəm və hər gün anamın qayğısına, anamın sevgisinə ehtiyac duyuram. Bilirəm ki, anamı daha heç vaxt görə bilməyəcəm. Bilirəm ki, anam heç vaxt geri qayıtmayacaq və öz analıq borcunu bir daha yerinə yetirə bilməyəcək. Ancaq anamın qarşısında, onun ruhunun qarşısında mənimdə bir övladlıq borcum var – anamın qisasının alınması naminə cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmaq!
Amma çox təssüflər olsun ki, bu gün mənim yaşadığım Oğuz rayon Prokurorluğunda cinayətkarları deyil, mənə sahib çıxanları tutub cəzalandırmaq istəyirlər və anamın qatillərinin ifşa olunması üçün heç bir iş görülmür. Anamı yandıranlar ortalıqda elə gəzirlər ki, san ki, anam elə bu şəkildə də ölməli imiş.
Tutaq ki, mən kimsəsizəm, onda qanunlarımız taptalayıb cinayətkarları başımıza mindirəcəklər? Məni də yandırıb öldürəcəklər ki, susum? Əslində qanunlarımızı ayaqlamaq istəyənlərə xatırlatmaq və demək istəyirəm ki, mən sahibsiz deyiləm və mənim ölkəmdə hamının Prezidenti olmağı bacaran İlham Əliyev kimi atam, öz qayğıkeşliyi ilə insanların qəlbini fət etmiş Mehriban xanım kimi anam var. Bu iki insanın varlığı mənim tək təsəllimdir və mən əminəm ki, bu müraciətimi cənab Prezident və əziz anam Mehriban xanım cavabsız qoymayacaqlar. Bundan sonra mənim gözlərimin yaşını quruda biləcək insanlara üzümü tuturam:

Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Cənab baş Prokuror,
Hörmətli Elmira xanım,
Hörmətli Hicran xanım,
Mən sizin övladınız, nəvəniz kimi Sizdən köməklik istəyirəm. Mənim anamın qanını yerdə qoymayın. Oğuz rayon prokurorluğunda faktiki olaraq heç bir iş görülmür və bu günə kimi heç kim məsuliyyətə cəlb olunmayıb. Mən Sizlərin hər birinizə üz tutub cinayət işinin Oğuz rayon prokurorluğundan alınıb Baş Prokurorluqda araşdırılmasına göstəriş verməyinizi istəyirəm. Bu mənim bir övladlıq borcumdur ki, haqqımı tələb edim və anamın ruhu qarşısında öz borcumu yerinə yetirim. Mən Sizlərin hər birinizə üz tutub mənə köməklik göstərməyinizi və cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün sərt qərarlar qəbul etməyinizi hər birinizdən xahiş edirəm.
Mən Sizlərin hər birinizə üz tutub xahiş edirəm ki, bu müqəddəs Qurban bayramı ərəfəsində anamın ruhunun şad olması üçün əlinizdən gələn köməkliyi göstərəsiniz və anamın qurbana çevrilməsinin qarşısını alasınız.

Telefon: +994 50 333 09 63 (Xalam)
+994 50 565 39 45 (Dayım)

23 sentiyabr 2015ci il”.

Azinforum.az yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırdır.

Azinforum.az

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın