Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / “Oğlumun işlədiyi banka qalan kreditinizi ödəməsəniz, səni işdən çıxaracam” – Məmurdan əcaib tələb

“Oğlumun işlədiyi banka qalan kreditinizi ödəməsəniz, səni işdən çıxaracam” – Məmurdan əcaib tələb

Salyan rayon Aşağı Noxudlu kənd sakini, ikinci qrup əlil Səmədov Məhəmməd Bayram oğlu “Azərişıq” ASC-nin Salyan Elektrik Şəbəkəsinin rəisi Nurəddin Nəcəfovdan şikayətçidir. Şikayətçi iddia edir ki, oğlu Nurlan Səmədovu idarə rəisi əsassız olaraq işdən uzaqlaşdırıb. M.Səmədov onlarları bu cür nəql edir:

“Özüm biologiya müəllimiyəm. Əlli il kənd orda məktəbində müəllim işləmişəm. İkinci qrup əliləm. Üç övlad atasıyam və hər biri ali təhsillidir. Sizə bildirmək istəyirəm ki, oğlum Nurlan Səmədov bir neçə il “Azərişıq” ASC-nin Biləcəri rayonunda yerləşən elektrik şəbəkəsində nəzarətçi işləyib. 2015-ci ildə isə “Azərişıq”ASC-nin Salyan Elektrik Şəbəkəsinə göndəriş aldı və Aşağı Noxudlu kəndində nəzarətçi işləməyə başladı”.

Şikayətçi oğlunun 2016-cı ilin yanvar ayında işdən çıxarılmasının səbəblərinə belə aydınlıq gətirir:

“Həyat yoldaşım infark keçirdiyindən ürək əməliyyatı olundu. Bunun üçün mənə pul lazım olduğundan Nurəddin Nəcəfovun Access Bankda işləyən oğlu Elmir Nəcəfovun vasitəsi ilə bankdan kredit götürdüm. Kreditimi hər ay ödəyirdim, amma maddi çətinliklərim olduğundan gecikdirməm oldu. Banka 930 manat borcum qalmışdı və onu da yaxın zamanda ödəyəcəyimi bildirdmişdim. Elmir Nəcəfovun atasına şikayətdindən sonra Nurəddin Nəcəfov idarədə toplantı zamanı oğlumu ayağa qaldıraraq bildirib ki, “Oğlumun işlədiyi banka qalan kreditinizi ödəməsəniz, səni işdən çıxaracam”. Üstündən bir neçə gün keçəndən sonra əsassız olaraq N.Nəcəfovun tapşırığı ilə Energetika nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan şəhər Regional bölməsi tərəfindən oğlum Nurlan Səmədova əsassız olaraq üç dəfə töhmət verildi. Bunun ardınca isə 2016-cı ilin yanvar ayında oğlum işdən kənarlaşdırıldı”.

Şikayətçi yazılan töhmətlərlə və oğlunun əsassız olaraq işdən çıxarılması ilə bağlı iki ildir ki, müvafiq qurumlara müraciət etdiyini bildirir:

“Həmin vaxtdan Nurəddin Nəcəfovun əsassız olaraq oğluma töhmət verdirməsi və işdən uzaqlaşdırması ilə bağlı aidiyyatı qurumlara şikayət məktubları yazmışam. Məsələylə bağlı Salyan rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Sizin vasitənizlə aidiyyatı qurumlara müraciət edərək xahiş edirəm ki, mənim problemimin həlli üçün yardımçı olsunlar”.

Məsələylə bağlı “Azərişıq” ASC-nin Salyan Elektrik Şəbəkəsinin rəisi Nurəddin Nəcəfovun da məsələyə münasibətini öyrəndik. N.Nəcəfov şikayətçinin iddialarının əsassız olduğunu bildirdi:
“Biz işdən heç kimi çıxarmırıq. Nurlan Səmədovun Bakıdan “Azərişıq” ASC tərəfindən işdən çıxarılması ilə bağlı əmri verilib. Vətəndaş bu məsələylə bağlı çox yerlərə məktublar yazıb. Oğlum bankda işləyir, mən ona nəsə demişəm kimi sözlər deyə bilər. Əmək müqaviləsinə xitamı biz vermirik, biz yalnız onun iş göstəricilərini təqdim edirik. Bu gün “Azərişıq” ASC ən şəffaf idarələrdən biridir”.

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …