Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / “Oğlumu itirdiyim gündə qardaşımı da itirdim“

“Oğlumu itirdiyim gündə qardaşımı da itirdim“

“Artıq 2 ildir ki, Poladsız yaşayıram. Bu, mənim üçün çox çətindir. Bu hissi sözlərlə ifadə edə bilmirəm”. 

Bu sözləri general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 2-ci Fəxri Xiyabanda keçirilən anım tədbirində çıxışı zamanı dilə gətirib.  

Səmayə ana həmçinin Polad Həşimovun şəhadətə ucalmasından 2 ilin ötdüyü tarixdə – dünən doğma qardaşının vəfat etdiyini bildirib:  

“Poladımı itirdiyim gündə – dünən öz doğma qardaşımı da itirdim. O, mənə çox arxa-dayaq qardaş idi. Bir ana, bir bacı kimi bu itkiləri dilə gətirmək mənim üçün çox ağırdır”, – deyə qeyd edən S.Həşimova sonda tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.  

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …