Cümə axşamı , May 23 2024
Ana səhifə / Cəmiyyət / “Oğlum məndən daha çox maaş alır” – Elmar Məmmədyarov

“Oğlum məndən daha çox maaş alır” – Elmar Məmmədyarov

“Oğlanlarımdan biri ABŞ-də yaşayır və orada qlobal şirkətdə işləyir. Reklamla məşğuldur. Məndən daha çox maaş alır”.

Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov İTV-yə müsahibəsində deyib.

O bildirib ki, digər övladı isə sinqapurlu xanımla evlənib və oraya köçüb:

“Sinqapurda yaşayan oğlum özəl bizneslə məşğuldur. Ancaq nə biznesi olduğunu bilmirəm”.

E. Məmmədyarov nazir olduğu dönəmdə aldığı maaşdan da söz açıb:

“Əslində, maaşla bağlı bu sualın verilməsi etik deyil. Maaşlarla bərabər əlavələr də olurdu. Səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə əməkhaqqıma əlavələri və təchizat xərclərini də nəzərə alsaq, kifayət qədər münasib məbləğ alınırdı.

2020-ci ildə nə qədər maaş aldığımı xatırlamıram. Xatırlasam belə, deməzdim. Heç vaxt kasıb insan olmamışam. Əvvəla, atam akademik idi. Hələ 1988-89-cu illərdə Sovet İttifaqında dollarla maaş alırdım. 13 ilə yaxın ABŞ-də yaşamışam və hər zaman yüksək əməkhaqqım olub. Ümumiyyətlə, deyə bilərəm ki, sıxıntım olmayıb. Belə cavab sizi qane edirmi?”, – sabiq nazir deyib.

Həmçinin oxuyun

Tır sürücüləri: “Biz uçurumdan düşmüşük, hələ xəbərimiz yoxdur”

Tır sürücüləri bir araya toplanaraq haqsızlığa qarşı etiraz ediblər. Beynəlxalq yük daşıma ilə məşğul olan …