Cümə , Oktyabr 19 2018
Ana səhifə / Cəmiyyət / “Oğlum arvadına görə mənə zülm verdi” – Sabiq deputat

“Oğlum arvadına görə mənə zülm verdi” – Sabiq deputat

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl, Dərdini Danış” verilişində çıxış edən ananın fəryadı hər kəsi göz yaşına boğub. İlk olaraq verilişə dəvət olunan Xəyalə adlı xanım aylarla küçədə qalıb.

Unikal.org xəbər verir ki, keçmiş ərinin 4 arvadının olduğunu və bir arvadından olan qızı böyüdüb ərə verdiyini amma hər gün döyüldüyünü vurğulayıb. Onun sözlərinə görə 2 uşağını götürüb ata evinə yollansa da ailəsi daha dəqiq qardaşı Xəyaləni qəbul etməyib. Yalnız uşaqları internat evinə verdikdən sonra ata ocağında qala biləcəyini deyib. Xəyalə isə övladlarını götürərək Bakıya gəlib. Aylardı küçədə bəzən onun-bunun evində sığınan Xəyaləyə teleaparıcı Amil Xəlil dəstək olub. Aparıcı Binə qəsəbəsindən gələn bir zəng vasitəsi ilə onu axtarıb birbaşa studiyaya gətirib. Xəyalə tək istəyinin sığınacaq evi olduğunu desə də, Amil Xəlil onun atasını studiyaya dəvət edib:”Çətinliklə də olsa mən onun doğma atasını efirə gətirə bildim”.

Daha sonra verilişdə iştirak edən 84 yaşlı ananın açıqlamaları isə hər kəsi qəhərləndirib. Rəfiqə xanım bildirib ki, uzun illər Kürdəmir rayonunda mühüm vəzifələrdə çalışıb. Keçmiş deputat olduğunu, xalq, millət üçün çalışdığını bildirib. Amma sən demə ananın oğlu son zamanlar ona sahib çıxmırmış. “oğlumu evləndirdim. Yanımda qaldı. Amma o məni arvadının ayağına verdi.”

Daha sonra verilişə qoşulan oğulun sanki ananın dediklərini təsdiqləmək kimi çıxışı aparıcı ilə bərabər ekspertlərində hiddətinə səbəb olub… “Anam arvadımla yola getmirdi. Mən də çıxdım evdən”

Bu açıqlama Rəfiqə xanımı özündən çıxartdı. O oğluna halalıq vermədiyini birbaşa efirdən səsləndirib. “Səni 9 ay bətnimdə gəzdirmişəm. Yeməmişəm, yedizdirmişəm. Bu gün sənə haqqımı halal etmirəm”

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan etibarən Space Tv-də Amil Xəlilin təqdimatında.

Həmçinin oxuyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi …