Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Oğlu şəhid polkovnikin sonuncu zəngindən danışdı — VİDEO

Oğlu şəhid polkovnikin sonuncu zəngindən danışdı — VİDEO

“Atamın da, mənim də istəyim hüquq mühafizə orqanlarında çalışmaq idi. Dörd gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.


Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişinin qonağı olarkən şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.


O bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, hüquq-mühafizə orqanlarının əməkdaşı kimi görmək olub:


“Özüm də bunu istəyirəm. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.


Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub. (Baku.ws)

Həmçinin oxuyun

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı “qırmızı zona” siyahısından çıxarıb. Bu barədə Ukraynanın Səhiyyə …