Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Cəmiyyət / Oğlu şəhid olan keçmiş icra başçısı haqda maraqlı faktlar

Oğlu şəhid olan keçmiş icra başçısı haqda maraqlı faktlar

Azərbaycan Ordusunun zabiti Səid Rəşidzadə Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. 

Yenisabah.az xatırladır ki, Səid Rəşidzadə 2016-cı ildə baş verən “aprel döyüşləri”ndə də iştirak etmişdi. O, şəhid general Polad Həşimovla çiyin-çiyinə vuruşub. 

Səid Rəşidzadə AXC-Müsavat hakimiyyəti illərində Füzuli rayonunun icra başçısı olmuş Nofəl Qasımovun oğludur. Eks-prezident Əbülfəz Elçibəyin 23 dekabr 1992-ci il tarixli sərəncamı ilə Füzulinin icra başçısı təyin edilən Nofəl Qasımov həm də bu rayonun özünümadifə batalyonunun komandiri kimi tanınır. O 27 il əvvəl rayonun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Səid Rəşidzadənin şəhid olması ilə bağlı paylaşımında Nofəl Qasımovun 27 il əvvəl Füzuli uğrunda döyüşlərdə iştirakını xatırladıb:  “27 il əvvəl aprel günlərində Füzuli şəhərinin ətrafında strateji əhəmiyyətli Məngələnata yüksəkliyini düşməndən təmizləyib Füzulinin təhlükəsizliyini təmin edəndə Nofəl bəy də bizimlə birlikdə idi. Həmin dönəmdə Nofəl bəy Vətən uğrunda çox fədakarlıq göstərib. Bugün isə onun oğlu Səid bəy Vətən uğrunda qəhəmanlıqla döyüşüb şəhid olub”.

Nofəl Qasımov 1993-cü ildə tutduğu vəzifədən azad edilib.

Oğlu şəhid olan keçmiş icra başçısı haqda maraqlı faktlar

Həmçinin oxuyun

Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq. Şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib. …