Şənbə , May 21 2022
Ana səhifə / Cəmiyyət / “OBA Market”in administratoru məhkəmə qarşısında

“OBA Market”in administratoru məhkəmə qarşısında

Lənkəranda mənimsəmədə təqsirləndirilən Şahbuz Novruzovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İslam Neymanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 Qeyd edək ki, “OBA Market”lər şəbəkəsinin “Lənkəran 3” filialında 2017-2018-ci illərdə administratoru işləmiş 1989-cu il təvəllüdlü Novruzov Şahbuz Nizami oğlu həmin müddətdə 51 min 845 manat 2 qəpik dəyərində malları mənimsəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Gürcüstanla sərhədi pozan 5 azyaşlı saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə …