Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / “O gün biz özümüz-özümüzə inandıq” — Xalq artisti

“O gün biz özümüz-özümüzə inandıq” — Xalq artisti

“Bütün Azərbaycan xalqını və dünya azərbaycanlıları Zəfər günü münasibətilə təbrik edirəm. Allahdan ən böyük arzum budur ki, bizim Zəfər bayramlarımız daimi olsun. Sevincimiz qırılmasın!”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

“Allah, haqqı nahaqa qurban verməyən Allahdır. Ona görə, mənə elə gəlir ki, ermənilər heç vaxt haqq qazana bilməzlər. Bu gün cənab İlham Əliyevin qazandığı uğurlar göz qabağındadır. Biz bu qələbəni İlham Əliyevin və xalqımızın birliyi ilə qazandıq. Biz özümüz-özümüzə o günü inandıq və bugünkü günü qazandıq. 

Xalqıma həmişə o inamın sarsılmamağını arzulayıram və həmişə birlikdə olaq! Daxili çəkişmələrimiz qoy qalsın bir qırağa, amma biz Vətən uğrunda mübarizə edirik. Vətən uğrunda mübarizə isə insanın özünün tamlığı deməkdir, tam insan olmaq deməkdir, tam qeyrətli olmaq deməkdir. O xırda çəkişmələr hamısı Vətən daxilində həll olunur, amma Vətənsiz heç bir çəkişməni, nə də qalibiyyəti qazana bilməzsən! Ona görə də xalqıma yalnız və yalnız birlik, qorxmazlıq arzu edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Həyatımız boyu, bütün nəsillər dəyişdikcə də onlara olan borcumuz heç vaxt azalmayacaq! Həmçinin, Birinci və İkinci Vətən müharibəsindəki qazilərimizə olan borcumuzu da ödəyə bilməyəcəyik!”.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …