Ana səhifə / Cəmiyyət / “O boyda oteldə bir kamera yoxdur ki, baxaq” – İtkin düşən İsmayılın nənəsi

“O boyda oteldə bir kamera yoxdur ki, baxaq” – İtkin düşən İsmayılın nənəsi

“O boyda oteldə bir kamera yoxdur ki, baxaq”.

“Qafqazinfo”ya bu sözləri dünən istirahət mərkəzində itkin düşən 3 yaşlı İsmayılın nənəsi Elnarə Novruzova deyib. Nənənin sözlərinə görə, besetkada oynayan uşaq 5 dəqiqə ərzində yoxa çıxıb:

“Dünən səhər 11-ə qalmış Nabranda yerləşən “Mayak” otelinə getdik. Hadisə isə 12 radələrində baş verib. Mən balaca nəvəmi yedizdirirdim. Atası, babası da orada idi. İsmayıl da elə gözümüzün qarşısında oynayırdı. Başımı qaldıran vaxt uşağın orada olmadığını gördüm. Tez ətrafa, meşəyə, dəniz kənarına, bir sözlə, hər yerə baxdıq, ancaq tapmadıq”.

E. Novruzova bildirib ki, son olaraq uşağın əynində göy şortik olub:

“O boyda oteldə bir kamera yoxdur ki, haraya getdiyinə, başına nə iş gəldiyinə baxa bilək. Ağıllı uşaqdır, aktiv olsa da, heç vaxt başımıza belə bir hal gəlməyib. Dünəndən axtarışlar gedir, ancaq hələ də bir nəticə yoxdur. Görənlərdən xahiş edirik (055) 477 70 77 nömrəsi ilə əlaqə saxasın”.

Həmçinin oxuyun

Azərbaycanda dizel maşınlara qadağa qoyulsa, nə olacaq? – “Bu, sadəcə biabırçılıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə açıqlayıb ki, hazırda atmosfer …