Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / NÜSRƏT İSAOĞLU YENİ SAYT AÇDI – UNİKAL DAĞLAR.İNFO LAYİHƏSİ

NÜSRƏT İSAOĞLU YENİ SAYT AÇDI – UNİKAL DAĞLAR.İNFO LAYİHƏSİ

Tanınmış jurnalist Nüsrət İsaoğlunun rəhbərliyi altında yeni sayt fəaliyyətə başlayıb. Bu barədə məlumatı Azinforum.az-a jurnalistin özü verib. Onun sözlərinə görə, bu işin öhdəsindən gəlməyə və sayt bolluğu şəraitində özlərini doğrultmağa çalışacaqlar:

“Tanıyanlar bilir ki, mən uzun müddətdir jurnalistika sahəsində çalışıram. Əsasən yazılı mətbuatda təmsil olunmuşam. Uzun müddət “Kirpi” satirik jurnalında işləmişəm. Sonra həftəlik nəşr olunan “Azərbaycan Cümhuriyyəti” qəzetinə rəhbərlik etmişəm. Hazırda görürəm ki, informasiya məkanını virtual aləmsiz təsəvvür etmək olmaz. Məhz bu səbəbdən,  özümüzü  bu sahədə də, sınamaq qərarına gəldik”.

Qeyd edək ki,  yeni fəaliyyətə başlayacaq saytın çox unikal adı var. Dağlar.info adlı sayta giriş daglar.info dömeni vasitəsilə mümkün olacaq. Baş redaktor saytın niyə məhz bu ad altında fəaliyyət göstərəcəyinə də aydınlıq gətirdi:

” Gəlin, hansısa bir ad altında sayt adı almağa çalışaq. Bəlkə də, günlərlə bu prosesin üzərində baş sındırmalı olacağıq. Çünki ağlınıza gələn və gəlməyən adların çoxu artıq alınıb. Bu sahədə də sanki bir acgözlük müşahidə edilir. Bu səbəbdən də, heç kimin fikirləşmədiyi və ağlına gəlmədiyi bir adın üzərində dayanmalı olduq. Mən dağları çox sevirəm. Özüm də dağlar diyarı olan Gədəbəydə dünyaya göz açmışam. Mənim anlamımda dağ sözü – əzəmət, vüqar, mərdliklə assosiyasiya olunur. Burada pis nəsə yoxdur. Onda niyə bu adı seçməməliyik? Bu məsələyə “Niyə məhz dağlar.info?” adlı yazımda ətraflı aydınlıq gətirəcəm. Hələlik sayt test rejimində fəaliyyət göstərir. Bir neçə gündən sonra, yeni layihələrimizlə oxucularımızın görüşünə gələcəyik”.

Azinforum.az kollektivi həmkarlarımıza uğurlar arzulayır.

Vidadi

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın