Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Nuşirəvan Məhərrəmli serialları sərt tənqid etdi: “Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir”

Nuşirəvan Məhərrəmli serialları sərt tənqid etdi: “Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir”

“Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti bizi çox narahat edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, seriallardakı ssenari mövzusu, oradakı qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleserialların çəkilməsində bayağı vulqar, qeyri – etik ifadələrin işlədilməsi, bəzən hətta bir qrup gənc insanların öz aralarında danışıqları, hətta lətifələri belə ədəbsiz formada efirə gətirmələri çox narahatedici məqamdır.

MTRŞ sədri qeyd edib ki, ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur: “Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata – kürəkən, qayınana – kürəkən, ata – oğul, ata – qız, bacı – qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.

“Mövcud narahatlığın aradan qaldırılması üçün bu gün Şurada Azərbaycan teleməkanında yayımlanan seriallarla bağlı televiziya yayımçıları və prodakşn rəhbərləri ilə görüş keçirdik. Məqsəd Azərbaycanda seriallarla bağlı mövcud vəziyyəti müzakirə edib problemləri aradan qaldırmaq yollarını tapmaqdır. Görüşdə seriallar barədə aparılan monitorinqlərin nəticələri və onların təhlilinin müzakirəsi də oldu”.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …