Ana səhifə / Cəmiyyət / Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.

Bu barədə “Report”a açıqlamasında N.Məhərrəmli özü məlumat verib.

Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi – Fotolar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli …