Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Nuridə Allahyarova: “Xaləddin İsgəndərov dindirilməyib, amma  ona suallar verilə bilər”

Nuridə Allahyarova: “Xaləddin İsgəndərov dindirilməyib, amma  ona suallar verilə bilər”

Binəqədi rayonu ilə bağlı şayələr hər dəqiqə artır. Belə ki, rayon rəhbərliyinin, o cümlədən başçı Xaləddin İsgəndərovun istintaqa dəvət edilməsi ilə bağlı fikirlər səsləndirilir. Azinforum.az-ın məlumatına görə, bununla bağlı rəsmi açıqlama verən Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova deyib:

” Biz rəsmi qaydada bildiririk ki, istintaq getdiyi üçün və istintaqın gedişinə kömək məqsədilə Xaləddin İsgəndərova hadisə ilə bağlı suallar verilə bilər. Lakin bununla bağlı istintaqa çağırılma olmayıb. İcra başçısı səhərdən axşama kimi iş başındadır. Demək olar ki, hər gün yanğın olan binanın yanına gedir, oradakı işlərlə maraqlanır, sakinlərlə görüşür. Bəzi mətbuat orqanlarında da istintaqa cəlb olunanların adları verilir. Hesab edirəm ki, bu istintaq sirridir”.
Şöbə müdiri Xaləddin İsgəndərovun həbs olunacağı ilə bağlı xəbərlərin doğru olmadığını deyib: “Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər və qurumlar var. Təbii ki, bu hadisə rayon ərazisində baş verdiyindən Xaləddin İsgəndərova sual ünvanlana bilər. Bu, təbiidir. Amma ona da şübhə yoxdur ki, qanun və istintaqın yekunu nəyi göstərəcəksə, o yekun da bizim üçün ali olacaq”. -deyə N.Allahyarova bildirib.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …

Bir cavab yazın