Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Növbəti vitse-prezidentlər nə vaxt təyin ediləcək? – AÇIQLAMA

Növbəti vitse-prezidentlər nə vaxt təyin ediləcək? – AÇIQLAMA

Ötən ilin sentyabrın 26-da qəbul edilən ümumxalq referendumundan sonra qanunvericilikdəki yeni dəyişikliyə əsasən, Azərbaycanda dövlət idarəetməsində yeni bir struktur – vitse-prezidentlik insitutu yaradıldı. Bu ilin fevralın 21-də ölkə başçısının sərəncamı ilə Mehriban Arif qızı Paşayeva birinci vitse-prezident təyin edildi. O, həm də müstəqil Azərbaycanın tarixində ilk vitse-prezident kimi tarixə düşmüş oldu.

Bəs digər vitse-prezidentlər nə vaxt təyin ediləcək? Qanunvericiliyə əsasən vitse-prezidentlər nə vaxt təyin edilir? YAP qərargahında bununla bağlı müzakirələr aparılıbmı?

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə hafta.az-a açıqlamasında bildirdi ki, vitse-prezidentlərin nə vaxt təyin olunacağı respublika prezidentinin səlahiyyətində olan məsələdir:

“Ölkə rəhbəri lazım bildiyi zamanda və məsləhət gördüyü şəxsləri bu vəzifəyə təyin edəcək. Bu barədə hər hansı yeni bir məlumat yoxdur. Vitse-prezidentlərin nə vaxt təyin ediləcəyi ilə bağlı hər hansı bir zaman ölçüsü yoxdur. Yəni bu sırf prezidentin özünün qərarından asılı olan məsələdir. Ölkə rəhbəri gərəkli bildiyi anda növbəti vitse-prezidentlər təyin olunacaq”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın